Müsəlman fəhləni sıxışdıran məmur cəzalandırıldı
09 Fevral 2010 Çərşənbə Axşamı 00:30
Fəhlə ilə məmur arasında mübahisəyə salam verməyin forması səbəb olub
İsveçin məşğulluq məsələləri üzrə dövlət agentliyi əcnəbi müsəlman fəhlənin diskriminasiyasına görə təqsirli bilinib.

Agentliyin əməkdaşı ilə görüşə gələn bosniyalı onun uzadılmış əlini sıxmayıb. O, bunun əvəzində əlini sinəsinə qoyaraq, həmsöhbətinə başı ilə salam verib. Nəticədə dövlət nümayəndəsi ilə əcnəbi fəhlə arasında mübahisə yaranıb və mühacir sosial müavinətdən məhrum olub.

Stokholm məhkəməsi qərar çıxarıb ki, məşğulluq xidməti Bolsniya vətəndaşına dəymiş ziyanın kompensasiyası kimi 6700 dollar ödəməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar