Müsəlman dünyasını etiraz dalğaları bürüyüb
23 Yanvar 2011 Bazar 12:50
Aksiyalar zamanı qarşıdurmalar qeydə alınır.
Dünyanın bir çox ölkələrini etiraz aksiyaları bürüyüb. Hökumət əlehinə keçrilən aksiylarda qarşıdurmalar qeydə alınır.

Əlcəzairdə hökumətin toplaşmaq hüququnun qadağan edilməsi qərarına qarşı çıxan vətəndaşlar etiraz akisyalarına başlayıb. Nəticədə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb.

Polis etirazçıları rezin dəyənəklərlə döyüb. Hadisə nəticəsində 40 nəfərin yaralandığı bildirilir. Mədəniyyət və Demokratiya Birliyi müxalifət partiyası qərargahında aksiya iştirakçıları Tunis bayrağı ilə Əlcəzair bayrağını yanbayan qoyaraq partiyanın eyvanında dalğalandırıblar. Polis helikopter və avtombillərin köməyindən istifadə edərək müxalifətçilərin binasının çıxışının qarşısını kəsərək onlara binadan çıxmağa imkan verməyib.

Sabiq prezidentliyə namizəd Səid Sadi binanın eyvanından əhali qarşısında çıxış edib. Aksiya iştirakçılarından 9 nəfər saxlanılıb. Partiya lideri Atman Məzuz isə polis tərəfindən vurulan rezin dəyənək nəticəsində yaralanıb.

Tunisdə isə insanlar yenidən aksiyalar keçirərək daha yaxşı əmək haqqı tələb ediblər. Aksiylar Daxili İşlər Nazirliyi binası qarşısında keçirilib. Aksiyalara yanğın söndürənlər və Milli Qvardiyanın hərbçiləri də qoşulub.

Albaniyanın müxalif Sosialist Partiyası hökumət əleyhinə etiraz aksiyalarını gücləndirəcəyinə söz verib. Tiranada təşkil edilmiş nümayişlərdən bir gün sonra ölkənin baş naziri müxalifəti dövlət çevrilişinə cəhd etməkdə ittiham edib.

Xatırladaq ki, Tiranada nümayişçilərin polislə toqquşması nəticəsində 3 nəfər həlak olub, 39 nəfər yaralanıb. Albaniya paytaxtının küçələrinə çıxan 20 min insan hökuməti korrupsiya və seçki saxtakarlığında ittiham edərək istefaya çağırmışdı. Albaniya baş naziri Sali Berişa müxalifəti “Tunis üslublu” çevriliş etməyə cəhddə günahlandırıb.

Yəməndə yüzlərlə nümayişçi prezident Əli Abdulla Salehi on illərlə davam edən hakimiyyətindən əl çəkməyə çağırıb. Tələbələr və digər etirazçılar Səna Universitetində toplaşaraq hökumət əleyhinə şuarlar səsləndirib. Bəzi tələbələr Tunisdəki çevrilişə işarə edərək “Yasəmən inqilabından öyrənin” yazılan plakatlar qaldırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar