Müqtəda əs-Sədr yenidən İraqı tərk etdi
23 Yanvar 2011 Bazar 03:10
Müqtəda əs-Sədr son dörd ilini keçirdiyi İrana qayıdıb.
İraqın radikal şiə lideri Müqtəda əs-Sədr yenidən öz ölkəsini tərk edib və son dörd ilini keçirdiyi İrana qayıdıb. O, yanvarın 5-də İraqa qayıtmışdı. Müqtəda əs-Sədr İraqda olduğu müddətdə Nəcəf şəhərində tərəfdarları qarşısında çıxış edib, bir sıra siyasi və dini xadimlərlə danışıqlar aparıb.
Müqtəda əs-Sədr İraqdakı müharibə dövründə daha çox məşhurlaşıb. O vaxt “Mehdi ordusu” kolasiya qüvvələri və İraqın hbökumət qoşunlarına ciddi müqavimət göstərirdi. Əs-Sədrin tərəfdarları İraqda bir müddət əvvəl formalaşan hökumətdə 8 nazir portfelinə malikdirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: