Müqtəda əs Sədr Amerikaya xəbərdarlıq etdi
08 Avqust 2011 Bazar Ertəsi 00:16
“Bu il dekabrın 31-dən sonra İraqda hələ də ABŞ hərbçiləri qalacağı təqdirdə bu əsgərlərə qarşı intensiv hücumlar başlayacaq”
İraqlı şiə lider Müqtəda əs Sədr bu il dekabrın 31-dən sonra İraqda hələ də ABŞ hərbçiləri qalacağı təqdirdə bu əsgərlərə qarşı intensiv hücumlara başlayacaqlarını bildirib. Bu barədə açıqlamanı Sədr özünə aid internet saytında yayıb. Bu açıqlama İraqın qeyri-rəsmi ən böyük güc strukturlarından biri olan Müqtəda əs Sədrin bu ölkədə amerikalı hərbçi istəmədiyini nümayiş etdirir. Sədrin bu açıqlaması, rəsmi Bağdadın müəyyən sayda ABŞ hərbçilərinin iraqlı əsgərlərə təlim verməsi məqsədilə bu ölkədə qalması üçün təkliflərdən sonra yayılıb.
Xatırladaq ki, iraqlı rəsmilərlə ABŞ arasında aparılan razılaşmalara görə, bu ildən sonra amerikalı hərbçilər bu ölkəni tərk etməli idi. Müəyyən sayda ABŞ hərbçisinin bu ölkədə qaalması üçün isə Bağdadla Vaşinqton yenidən razılığa gəlməlidir.
DOSTLARINLA PAYLAŞ: