Müqəddəs Kəbənin açarı dəyişdirildi
03 Dekabr 2012 Bazar Ertəsi 02:03
Yeni qıfıl Səudiyyə Ərəbistanının kralı Abdullah ibni Əbdüləzizin şəxsi ianəsi hesabına saf qızıldan hazırlanıb.
Müsəlmanların qibləsi olan Kəbənin qıfılı 60 ildən sonra dəyişdirilib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, yeni qıfıl Səudiyyə Ərəbistanının kralı Abdullah ibni Əbdüləzizin şəxsi ianəsi hesabına saf qızıldan hazırlanıb. Mərasimdə Məkkə əmiri şahzadə Xalid əl Faysal ibni Əbdüləziz də iştirak edib.
Yeni qıfılın açarı 1 400 ildir Kəbənin açarlarını mühafizə edən Məkkənin məşhur əş Şəybi ailəsinə verilib. Ailənin başçısı Abdulqadir əş Şəybi açarın, Kəbə örtüyünün tikildiyi fabrikdə hazırlanan xüsusi bir kisədə saxladıqlarını deyib. Açarın təhlükəsiz bir yerdə mühafizə edildiyini deyən Abdulqadir əş Şəybi açarı indiyə qədər itirmədiklərini, sadəcə olaraq bir neçə dəfə uğursuz oğuruq cəhdi olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: