Mundiala gedən federasiya prezidenti həbs edildi
11 İyun 2010 Cümə 17:05
Mundiala gedən federasiya prezidenti həbs edildi. Ruandalı general hökumətdən icazə almayıbmış.
Ruanda Futbol Federasiyasının prezidenti hökumətin icazəsi olmadan dünya çempionatına baxmaq üçün CAR-a getdiyi üçün həbs edilib. Buna səbəb Ruanda Furbol Federasiyası prezidentinin həm də briqada generalı olmasıdır.

“O, icazə almadan CAR-a getmək istəyib. Bu isə Ruanda hərbçiləri üçün yolverilməz haldır. Ruanda Futbol Federasiyasının prezidenti rəsmi dəvət alıb. Ancaq bu fakt ona bəraət qazandırmamalıdır”, - deyə Ruanda ordusunun nümayəndəsi Cill Rutaremara bildirib.

Xatırladaq ki, Ruanda Futbol Federasiyası 1978-ci ildən FİFA-nın üzvüdür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar