Mumiyada xərçəng tapıldı
30 Yanvar 2012 Bazar Ertəsi 15:18
Alimlər 2200 yaşı olan mumiyada bu xəstəliyi aşkarlayıblar.
Amerikalı alimlər mumiyada xərçəng xəstəliyi tapıblar. Belə ki, Qahirədəki Amerika Universitetinin professoru Səlimə İkram 2 il müddətində yaşı 2200 olan mumiyada araşdırma aparıb. İşçi heyəti ilə birgə 40 yaşında dünyasını dəyişən bir kişinin mumiyasında əsrin bəlası adlandırılan prostat vəzi xərçəngi aşkar ediblər.

Amerikalı professor prostat vəzi xərçəngi ilə bağlı tapılan ən qədim ikinci belə hal olduğunu bildirib. O, bu xəstəliyin genlə əlaqəli olduğunu izah edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar