Muhteşem Yuz yilın nümayişi qadağan ediləcək.
05 Dekabr 2012 Çərşənbə 14:31
Türkiyəli deputatlar teleserialın yayımını dayandırmaq üçün hərəkətə keçiblər
Türkiyənin hakim partiyasından olan deputatlar böyük populyarlıq qazanmış “Muhteşem Yüz yıl” teleserialının yayımını dayandırmaq üçün hərəkətə keçiblər. Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Oktay Saral Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) haqqında qanuna müvafiq dəyişikliklər təklifi hazırlayıb.

Deputatın hazırladığı təklifdə sözügedən qanunun 8-ci maddəsinin birinci bəndində “Cəmiyyətin milli dəyərləri arasında qəbul edilən tarixi hadisələri və şəxsiyyətləri kiçiltmək, aşağılamaq, təhrif etmək və ya olduğundan fərqli məzmunda göstərmək olmaz” qadağası yer alıb.

AKP Məclis qrupunun bu təklifi dəstəkləyəcəyi təqdirdə, Türkiyə parlamentinin mühafizəkar deputatları “Muhteşem Yuz Yıl” serialını qadağan etmək imkanı qazanacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar