Müharibə başladı?
29 Mart 2013 Cümə 09:56
Kim Çen In hücum haqqında əmr imzalayıb.
Şimali Koreya lideri Kim Çen In Sakit Okeanda yerləşən Amerika və Cənubi Koreya hərbi bazalarına raket qüvvələri tərəfindən zərbə endirilməsi haqqında əmr imzalayıb.

Kim Çen In ordunun hərbi rəhbərliyi ilə operativ hərbi müşavirə keçirərək düşmənin hərbi bazalarının "bir anda külə çevrilməsi"nin vacibliyindən danışıb.

Bütün gecə ərzində Şimali Koreyanın orta və uzaq mənzilli raket hərbi hissələrində aktivlik hiss olunub. “Onların real zərbə endirəcəkləri ehtimal ediləndir”- deyə Cənubi Koreya agentliyi "Renxap" məlumat verib.

Qeyd edək ki, Şimali Koreyanın hərbi növbəsində hazırda 1000-ə yaxın ballistik raket var. Onlardan 700-ü SSRİ istehsalı olan “Skab”lardır. Bu raketlər Cənubi Koreya ərazisindəki istənilən nöqtəni və Yaponiyadakı hədəfləri vurmaq iqtidarındadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar