Muhamməd Mursi Əhməd Davudoğlunu qəbul etdi
03 İyul 2012 Çərşənbə Axşamı 06:22
Əhməd Davudoğlu: “Türkiyə ilə Misir qardaşdır və hər iki ölkə daimi əməkdaşlığa hazırdır”.
Misirin yeni prezidenti Muhamməd Mursi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Misir prezidentinin igamətgahı “əl İttihadiyə” sarayında baş tutmuş görüşdə tərəflər iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıblar. Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə XİN rəhbəri ölkəsinin Misirlə daimi əməkdaşlığa hazır olduğunu vurğulayıb.
“Misirin gücü, bizim gücümüzdür. Misirin güclü olması regionda stabillik deməkdir. Türkiyə ilə Misir qardaşdır və hər iki ölkə daimi əməkdaşlığa hazırdır” – deyə Davudoğlu bildirib.
Əhməd Davudoğlu həmçinin prezident Abdullah Gülün Misir prezidenti Muhamməd Mursini Türkiyəyə dəvət etməsi barədə təklifini çatdırdığını da bildirib.
DOSTLARINLA PAYLAŞ: