Mühakime etdiyi oğru qıza tamah salan hakim hebs olundu
15 Dekabr 2013 Bazar 20:24
Bedenin mexmer kimidir, dodağından öpe bilerem?
Türkiyede mühakime etdiyi oğru qıza tamah salan hakim baresinde 2.1 il hebs cezası verilib.
Melumata göre, hakim Yusif Evcan iki noutbuk oğurusu qızın mehkeme prosesinde fasile vaxtı şübhelini otağına devet edib. Qızı oxşamağa başlayan hakim ona bezi vedler de verib.
“Bedenin mexmer kimidir. Seni dodaqlarından öpe bilerem? Neçe il istesen, o qeder iş vererem sene”.
Prosesden sonra şübhelinin şikayeti ile hakim Evcan baresinde araşdırma başladılıb ve mehkemeye çıxarılan hakim baresinde hebs qerarı verilib.
DOSTLARINLA PAYLAŞ: