Müəmmər Qəddafi futbol üzrə Dünya Çempionatına da “ilişdi”
26 May 2010 Çərşənbə 02:25
Liviya lideri dünya birinciliyində “Eurovovision” qaydasına oxşar qaydanın tətbiqini istəyir.
“Dünya Çempionatının final mərhələsinin keçirilməsi bu cür yarışların təşkili üçün maliyyə imkanlarına malik varlı ölkələrin imtiyazı olmamalıdır”. Bunu Liviya lideri Müəmmər Qəddafi bəyan edib. O deyib ki, xırda ölkələrin Dünya Çempionatını keçirmək hüququ uğrunda mübarizəni dvam etdirəcəklər.

Müəmmər Qəddafi təklif edib ki, dünya birinciliyinin keçirilmə yeri barədə qərarların qəbulu ilə bağlı mövcud sistem dəyişdirilsin: “Dünya Çempionatının qalibi olan ölkə dörd ildən sonra növbəti çempioanı qəbul etmək hüququnu əldə etməlidir”. Liviya liderinin fikrincə, Dünya Futbol Fecerasiyası (FİFA) yarışların keçirilməsini maliyyələşdirə bilər.

Qeyd edək ki, 2014-cü ildə Liviyada futbol üzrə Afrika Kubokunun final mərhələsi keçiriləcək. Əvvəlcə Liviya Dünya Çempionatının ev sahibliyinə iddia edirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar