Müəmmar Qaddafi: "Hakimiyyətdən getməyəcəm"
22 Fevral 2011 Çərşənbə Axşamı 20:56
Müəmmar Qaddafi: "Mən inqilabçı və bədəviyəm".
Liviyanın prezidenti Müəmmar Qaddafi hazırda dövlət televiziyası ilə canlı çıxış edir. Xalqa müraciət edən Qəddafi ölkəni tərk etməyəcəyini bir daha bəyan edib. Bu ölkədə babalarının şəhid olduğunu xatırladan Qəddafi hakimiyyətdən getməyəcəyini deyib.
"Qəddafi bir rəhbər deyil, Qəddafi tarix, qələbə deməkdir, inqilab deməkdir. Liviya bizim ölkəmizdir və biz bu torpaqları qanımızla sulamışıq. Biz ABŞ-a meydan oxuduq və ona qalib gəldik. Liviya şəhid qanı ilə sulanmış bir ölkədir. Mən inqilabçı və bədəviyəm. Bu qələbəni bizim atalarımız qazanıb. Biz Afrika və Cənubi Amerikanın liderləriyik. İnqilab davam etmək məcburiyyətindədir. Mənim babam bu torpaqlarda şəhid olub. Bu ölkəni tərk etməyəcəyəm və lazım gələrsə, burada mən də şəhid olacağam. Atamın, yaxınlarımın məzarı bu torpaqlardadır və mən bu torpaqlardan ayrılmayacağam”, - deyə o vurğulayıb.
Qəddafi əhalini Qərbə uymamağa və bir-birinə dəstək olmağa çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: