Müəllimlərə silah gəzdirməyə icazə veriləcək
28 Dekabr 2012 Cümə 14:40
ABŞ-ın bir neçə ştatında xüsusi qanun layihəsi hazırlanır.
ABŞ-ın bir neçə ştatında müəllimlərin silah gəzdirməsinə icazə veriləcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ohayo ştatının odlu silah assosiasiyası müəllimlərin silahdan istifadə kurslarını pulsuz təşkil etmək ideyası ilə çıxış edib. Bu qərarla ABŞ məktəblərində silahlı insidentlərin qarşısının alınmasına ümid edilir.
Xatırladaq ki, dekabrın 14-də Konnektikutdakı faciə zamanı 20 yaşlı Adam Lenz 20 məktəbli, 6 məktəb işçisi və anasını odlu silahdan açılan atəşlə qətlə yetirmişdi.
DOSTLARINLA PAYLAŞ: