Müəllim tələbələrini zorladı
16 Yanvar 2013 Çərşənbə 14:56
Kompüter müəllimi gənc tələbələrini evinə dərs öyrətmək adı ilə çağıraraq, onları cinsi istismar edirmiş.
Türkiyənin Adıyaman vilayətində iyrənc cinayət işi baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kompüter müəllimi gənc tələbələrini evinə dərs öyrətmək adı ilə çağıraraq, onları zorlayırmış.

Belə ki, 18 yaşlı M.D.-nin polisə şikayəti əsasında 54 yaşlı Ö.Y. saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, yaşlı müəllim öz qız tələbələrini kompüter öyrətmək adı ilə evinə dəvət edirmiş. O, sonradan qızları evində zorlayırmış. Bundan əlavə qızları soyundurub, fotolarının çəkir, yaxud onlarla cinsi əlaqədə olan zaman videogörüntülər çəkirmiş.

Daha sonra həmin görüntüləri internet vasitəsilə yayacağını bildirərək, qızları şantaj edirmiş. Qızlar da, qorxularından polisə heç nə demirmişlər.

Axtarışlar zamanı müəllimin kompüterindən 3 gənc qızın çılpaq fotoları və erotik video görüntüləri də tapılıb. Müəllim polisə təhvil verilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar