Müəllim səhvən milyarder oldu
20 Yanvar 2012 Cümə 12:19
Plastik kartını yoxlayan ziyalı şoka düşüb.
Hindistanlı müəllim səhvən milyarder olub. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, Hindistanda orta məktəb müəlliminin varlı olması qısa müddət çəkib. Belə ki, bank səhvən onun plastik kart hesabına 496 milyard rupi (təxminən 9,8 milyard dollar) pul köçürüb.

Balurqxat şəhərindən olan Parijat Saxanın sözlərinə görə, o, onlayn sistemlə hesabını yoxlayan zaman səhvin fərqinə varıb. Hesabında 10 min rupi gözləyən ziyalı rəqəmi görəndə şoka düşüb: "Gözlədiyim rəqəmin yerinə mən orada astronomik rəqəm gördüm".

42 yaşlı müəllim dərhal bankda işləyən dostuna zəng edib və məbləğin səhvən onun hesabına keçdiyi ortaya çıxıb. Bank faktı təsdiqləsə də, milyardlarla dolların müəllimin hesabına necə keçdiyini hələ də müəyyən etməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar