Müəllim azyaşlı şagirdi ilə uyğunsuz vəziyyətdə yaxalanıb
21 Dekabr 2009 Bazar Ertəsi 03:30
Polis tərəfindən saxlanılan müəllim heç bir pis niyyətinin olmadığını deyib
Türkiyənin paytaxtı Ankarada ticarət litseyində ingilis dili müəllimi olan şəxs keçən il başqa məktəbdə şagirdi olmuş 16 yaşlı qızla avtomobildə çılpaq vəziyyətdə yaxalanıb. Polis tərəfindən saxlanılan 35 yaşlı müəllim daha sonra məhkəməyə göndərilib. Məlumata görə, polis yaxalanma əməliyyatını 16 yaşlı qız şagirdin anasının şikayəti ilə həyata keçirib. Azyaşlı qız ilkin ifadəsində müəllimin, arvadını boşayaraq onu alacağına söz verdiyini deyib. Məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri verilməyən müəllim isə heç bir pis niyyətinin olmadığını deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: