Mübarəkin məhkəməsi avqustun 15-dək təxirə salınıb
03 Avqust 2011 Çərşənbə 18:14
Eks-prezidentin vəkilləri işin materialları ilə bir daha yaxından tanış olmaq istəyir
Misirin eks-prezidenti Hüsnü Mübarək məhkəmə prosesi zamanı Qahirədə yerləşən Beynəlxalq Tibb Mərkəzində qalacaq. Bu barədə Misir televiziyası məlumat yayıb. Belə bir qərar bu gün Mübarək, onun oğulları və Misir Xarici İşlər Nazirliyinin rəhbərliyinə qarşı sürülən ittihamlarla bağlı keçirilən məhkəmə prosesinin ilk iclasında qəbul olunub. Belə ki, Mübarəkin vəkilinin tələbi ilə məhkəmə prosesi avqustun 15-ə kimi təxirə salınıb. Onun əlavə vaxt istəməsinə səbəb işin materialları ilə bir daha yaxından tanış olmaq istəyi olub.

Bundan başqa, Misir xarici işlər naziri Habibə əl-Adli üzərində keçirilən məhkəmə prosesi də sabaha qədər təxirə salınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar