Mübarəkin istefası nefti ucuzlaşdırıb
12 Fevral 2011 Şənbə 10:30
Misir prezidentinin vəzifəsindən getməsi “qara qızıl”ın qiymətinə də təsir edib
Cümə günü dünya bazarlarında neftin qiyməti düşüb. Buna səbəb Misir prezidenti Hüsnü Mübarəkin istefaya getməsi olub.

Belə ki, fevralın 11-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1.50 dollar ucuzlaşaraq 1 barelə görə 85,58 dollar təşkil edib.

Dünən ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında Brent Crude Oil markalı neftin aprel fyuçerslərinin 1 barelinin dəyəri 0,50 dollar düşərək 100,94 dollar təşkil edib. WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri isə 0.56 dollar bahalaşaraq 1 barelə görə 101,43 dollar təşkil edib.

Xatırladaq ki, H.Mübarək 30 il idi ki hakimiyyətdə idi. Onun istefa verməsinə səbəb ölkədə iqtisadi və sosial vəziyyətin deqradasiyaya uğraması və ölkənin daxili təhlükəsizlik sistemində boşluğun yaranması olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar