Müasir insanlar pulu xoşbəxtlikdən üstün sayırlar
25 Avqust 2011 Cümə Axşamı 12:45
Bu seçimin səbəbləri isə ilk baxışdan göründüyü kimi sadə deyil
Kornell Universitetinin mütəxəssisləri aşkar ediblər ki, müasir insan şəxsi xoşbəxtliyini yüksək əmək haqqına dəyişməyə hazırdır. Bu barədə The Daily Telegraph qəzeti yazıb. Bu seçimin səbəbləri isə ilk baxışdan göründüyü kimi sadə deyil.

Tədqiqatın gəldiyi əsas nəticə budur ki, insanların çoxu daha prestijli işin onlara nə xoşbəxtlik, nə də sevinc bəxş etməyəcəyini bilə-bilə buna razı olurlar.

Tədqiqatda 2, 5 min nəfər iştirak edib. Onlardan seçim etməyi xahiş ediblər: İllik əmək haqqı 50 min funt (82 min dollar) olan iş, sutkada 7, 5 saat bormal yatmaq, məntiqi iş yükü və yaxud illik 90 min funt əmək haqqı verən (148 min dollar) , amma normadan artıq iş rejimi, sutkada 6 saat yatmaq qrafiki olan iş arasında seçim etməyi təklif ediblər. Respondentlrin əksəriyyəti ikinci variantı seçib.

Məlum olub ki, məsələ yalnız praqmatizmdə deyil. Sadəcə olaraq insanlar qarşılarına daha qlobal həyati məqsədlər qoyurlar və daha yüksək sosial status əldə etmək istəyirlər. Birinci variantı isə şəxsi ailə xoşbəxtliyinə daha çox önəm verənlər seçiliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar