Muammər Qəddafi Şimali Koreyada yaşayır
29 Oktyabr 2011 Şənbə 06:09
Şimali Koreya vətəndaşlarının Şimali Afrika və Yaxın Şərq ölkələrindəki inqlablardan xəbəri yoxdur.
Şimali Koreyanın lideri Kim Çen İr qiyamçı fikirlərin ölkəyə daxil olmaması üçün Liviyada işləyən koreyalıların ölkəyə qayıtmasına icazə vermir. Məlumata görə, informasiya blokadası səbəbilə Şimali Koreya vətəndaşlarının “Ərəb Baharı” adlı Şimali Afrika və Yaxın Şərq ölkələrindəki inqlablardan da xəbəri yoxdur. İnqlab fikrinin ölkəsinə sıçramasından ehtiyyatlanan Kim Çen İrin həkim, inşaatmı və s. işlərdə işləyən vətəndaşlarını ölkəyə buraxmaması səbəbilə 200-ə yaxın koreyalı vətəndaş müharibəsi vaxtı Liviyada çətin günlər yaşayıblar.

Türkiyənin “Hürriyət” qəzeti Cənubi Koreyanın “The Korea Herald” qəzetinə istinadən xəbər verir ki, Şimali Koreyada ölkə vətəndaşları dünyada olan hadisələrin heç 1 faizindən də xəbərdar deyil. Dünyanın ən qaynar hadisələrindən xəbər tutmayan bu insanlar polkovnik Muammər Qəddafinin qiyamçılar tərəfindən öldürülməsini də də xəbərsizdirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar