Müammər Qəddafi Avropaya yüzlərlə əsgər göndərməklə hədələdi
09 İyul 2011 Şənbə 01:29
“Siciliya, Kanar və Aralıq dənizindəki bəzi digər adalar tarixi ərəb torpaqlarıdır”.
Liviya lideri Müammər Qəddafi Qərb ölkələrindən qisas almaq üçün Avropaya yüzlərlə əsgər göndərməklə hədələyib. “Siz müharibə Avropaya keçəndə etdiklərinizə görə peşiman olacaqsınız”, - Liviya lideri Tripolinin qərbindəki Sabha şəhərində mitinq iştirakçılarına müraciətində deyib.

Müammər Qəddafinin çıxışının audioyazısı Liviya televiziyası ilə yayımlanıb. Liviya lideri Avropa ölkələrindən qisas almağa hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, Siciliya, Kanar və Aralıq dənizindəki bəzi digər adalar tarixi ərəb torpaqlarıdır və azad edilməlidirlər.

“Biz onlardan qorxmuruq. Bizim müqavimət göstərməkdən, şəhid olmaqdan və sonadək mübarizə aparmaqdan başqa yolumuz yoxdur”, - Müammər Qəddafi bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar