MSK prezidentin kimliyini açıqladı
14 Fevral 2010 Bazar 18:35
Regionlar Partiyası qələbəni qeyd etməyə hazırlaşır
Ukraynanın Mərkəzi Seçki Komissiyası Regionlar Partiyasının lideri Viktor Yanukoviçi rəsmən ölkə prezidenti elan edib. Müvafiq protokolu MSK-nın bütün üzvləri, o cümlədən Timoşenkonun 5 nümayəndəsi imzalayıb.
Ukrayna qanunlarına əsasən, uduzan tərəf 5 gün müddətində seçkilərin nəticələrindən məhkəməyə şikayət edə bilər.
Qeyd edək ki, artıq Yuliya Timoşenko seçkilərin saxtalaşdırılması ilə bağlı məhkəmədə iddia qaldıracağını bəyan edib. Timoşenko Ukrayna əhalisinə müraciət edərək seçkilərin son nəticəsinin onun xeyrinə dəyişməsi üçün dəstək istəyib. Lakin bunun üçün insanlardan ölkədə qeyri-sabitlik yaranmasın deyə hər hansı nümayiş keçirməməyi də xahiş edib. "M ən Viktor Yanukoviçi Ukrayna prezidenti olaraq görmürəm. O, heç vaxt ölkənin qanuni prezidenti ola bilməz”,-deyə Timoşenko bildirib.
Xatırladaq ki, bu ayın 7-də keçirilən prezident seçkilərinin ikinci turunda Regionlar Partiyasından olan namizəd Viktor Yanukoviç 3.5 faiz səs çoxluğu ilə qalib gəlib. Beynəlxalq müşahidəçilər seçkinin şəffaf və ədalətli keçdiyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: