MSK-nın saytı sındırılıb
23 Fevral 2010 Çərşənbə Axşamı 17:55
Macar hakerlər ölkələrinin siyasi həyatında “fəallıq” nümayiş etdirir
Macarıstan Mərkəzi Seçki Komissiyasının internet saytı hakerlərin hücumuna məruz qalıb.

MSK-nın internet saytında aprelin 10-da Macarıstanda keçirilməli olan Parlament seçkiləri ilə bağlı məlumatlar əks olunub. Hakerlər isə seçkidə iştirak etməli olan partiyalar haqqında olan rəsmi məlumatlar əvəzinə internet səhifəsində öz istehzalı məktublarını dərc etməyə müvəffəq olublar.

MSK rəsmilərinin sözlərinə görə, kibercinayətkarlar sistemi sıradan çıxara bilməyib, yalnız ön səhifədə yerləşdirilmiş materiallar isə artıq təmizlənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar