Mozdok-Qazıməmməd magistral qaz xətti partladılıb
13 Yanvar 2010 Çərşənbə 10:05
Yanvarın 12-də Moskva vaxtı ilə 20.00 radələrində Mozdok-Qazıməmməd magistral qaz xəttinin Dərbənd rayonundan keçən hissəsində partlayış baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, partlayıcı qurğunun işə düşməsindən sonra kəmərdə yanğın başlayıb. Partlayış nəticəsində Dağıstanın 214 mindən çox adamın yaşadığı 104 yaşayış məntəqəsi qazsız qalıb. Əhalinin ən sıx məskunlaşdığı Tabasaran, Kaytak və Daxadayev rayonlarına qaz balonları paylanır. Qaz xəttində təmir işlərinin bu gün Moskva vaxtı ilə saat 16-da başa çatacağı gözlənilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar