Mövlüd Çavuşoğlu Gürcüstanda 3 günlük rəsmi səfərdədir
14 İyun 2010 Bazar Ertəsi 05:55
Bir çox ölkə rəsmisi ilə görüşəcək AŞPA prezidenti Mövlüd Çavuşoğlunun səfəri iyunun 16-da başa çatacaq.
Ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu Gürcüstana üç günlük rəsmi səfəri başlayıb. AŞPA prezidentinin rəsmi görüşləri bu gün başlayır. İlk olaraq reinteqrasiya məsələləri üzrə nazir Temur Yakobaşvili ilə görüşəcək Mövlud Çavuşoğlu sonra parlament və parlamentdənkənar müxalifət nümayəndələri ilə görüşəcək. Səfər çərçivəsində onun Serovanidə yaşayan qaçqınlar və onların yerləşdirilməsi naziri Koba Subeliani və Şida Kartli bölgəsinin qubernatoru Lado Vardzelaşvili ilə görüşlər planlaşdırılıb. Sabah Mövlud Çavuşoğlu konstitusiya məhkəməsinin sədri Georgi Papuaşvili, parlamentin sədri David Bakradze və prezident Mixail Saakaşvili ilə görüşəcək. AŞPA prezidentinin Gürcüstana rəsmi səfəri iyunun 16-da başa çatır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar