Mövlud Çavuşoğlu bu gün İrəvana səfər edəcək
12 May 2010 Çərşənbə 06:10
Səfər zamanı əvvəlki sədrlərdən fərqli olaraq Çavuşoğlunun qondarma soyqırım abidəsini ziyarət etməməsi İrəvanda narazılığa səbəb olub
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu bu gün İrəvana səfər edəcək. “Habertürk”ün məlumatına görə, bu gün AŞPA sədri Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Növbəti gün Mövlud Çavuşoğlu Ermənistan parlamentinin sədri Ovik Abramyan, o cümlədən Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sədri, parlament fraksiyalarının rəhbərləri, Ermənistan xarici işlərn naziri Edvard Nalbandyan, ombudsman Armen Arutyunyan və AŞPA ölkələrinin səfirləri ilə görüşlər keçirəcək.

Mayın 13-də Ermənistan parlamentində AŞPA sədri Mövlud Çavuşoğlunun mətbuat konfransı keçiriləcək. Qurum sədrinin Ermənistana səfəri mayın 14-də başa çatacaq. Mövlud Çavuşoğlunun Ermənistana səfəri zamanı əvvəlki sədrlərdən fərqli olaraq qondarma soyqırım abidəsini ziyarət etməməsi isə İrəvanda narazılığa səbəb olub. Odur ki, Çavuşoğlunun səfəri zamanı etiraz aksiyaları ilə qarşılaşacağı istisna edilmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar