Mottakini gərgin günlər gözləyir
25 Aprel 2010 Bazar 17:15
İran XİN rəhbəri Avstriya paytaxtında çətin danışıqlar aparacaq.
İranın xarici işlər naziri Mənüçöhr Mottaki Avstriyanın paytaxtı Vyanaya yola düşüb. Mottakinin verdiyi məlumata görə, görüşün əsas müzakirə obyekti yanacaq müdabiləsi üzrə razılığın əldə edilməsi olacaq: "Biz nüvə yanacağının müdabiləsinın detalları və texniki tərəfləri barədə danışıqlar aparacayıq. Şəraiti nəzərə alsaq, MAQATE və onun direktoru Yukiya Amano bu məsələdə konstruktiv rol oynaya bilər", - deyə Mottaki İranın dövlət televiziyasına müsahibəsində bildirib.

Nazir görüş qabağı olduqca optimist olduğunu və danışıqların müsbət nəticə verəcəyinə inandığını deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar