Moskvaya yeni mer tapıldı
16 Oktyabr 2010 Şənbə 00:45
Dmitri Medvedev bu vəzifəyə baş nazirin müavini Sergey Sobyaninin namizədliyini irəli sürüb.
Rusiya prezidenti Dmitri Medvedev son həftələrin siyasi ən böyük intriqasını həll etməyə yaxındır. O, Moskvanın meri vəzifəsinə baş nazirin müavini, Rusiya hökuməti Aparatının rəhbəri Sergey Sobyaninin namizədliyini irəli sürüb. Namizədliyə Moskva şəhər Duması baxacaq.
Dmitri Medvedev namizədliklə bağlı qərarını Sergey Sobyaninlə görüşdə açıqlayıb. O bildirib ki, baş nazirin müavininin kifayət qədər həyat təcrübəsi var: “Siz uğurlu qubernator (Tümen vilayətində) olubsunuz. Çünki çox işlər görülüb. Bundan sonra Prezident Administrasiyasında təcrübə toplamısınız. İndi hökumət başçısının müavinisiniz. Bütün sahələrdə sizinlə qarşılaşmışıq”. Dmitri Medvedev xatırladıb ki, Sergey Sobyanın onun seçki qərargahına da rəhbərlik edib.
Qeyd edək ki, Moskvanın meri vəzifəsi sentyabrın 28-dən boş idi. Həmin gün prezident Dmitri Medvedev şəhərə 18 il rəhbərlik etmiş Yuri Lujkovu vəzifəsindən azad edib.
Moskva şəhər Dumasının spikeri Vladimir Platonov bəyan edib ki, paytaxt parlamenti mer vəzifəsinə namizəd irəli sürüləndən bir gün sonra növbədənkənar iclas keçirə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: