Moskvaya xüsusi təyinatlı qüvvələr yeridilib
02 Mart 2012 Cümə 21:38
Rusiya paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiya paytaxtı Moskvaya çoxlu sayda xüsusi təyinatlı polis qüvvələri yeridilib. ANS-in Moskvaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Xüsusi təyinatlıların 6 minədək artırıldığı bildirilir. Bu, seçki günü və seçkidən sonra baş verə biləcək hadisələrin qarşısını almaq məqsədi ilə edilib. Martın 5-də Rusiyada prezident seçkiləri keçiriləcək.
Qeyd edək ki, Rusiyada prezident seçkisi öncəsi hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib. Aksiyanın radikal müxalifət birləşmələri tərəfindən təşkil edildiyi qeyd edilir. Etirazçılar Rusiya Mərkəzi Seçki Komitəsinin binası qarşısında yığışaraq baş nazir Vladimir Putin əleyhinə şüarlar səsləndiriblər. Onlar seçkinin ədalətsiz keçiriləcəyini iddia edərək onun ləğv edilməsini tələb edib.
DOSTLARINLA PAYLAŞ: