Moskvaya uçmalı olan təyyarədə axtarış
12 May 2010 Çərşənbə 20:55
Təyyarə pilotları Almaniya Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Almaniyanın Təhlükəsizlik Xidməti Berlinin Teqel hava limanında iki rus pilotu saxlayıb. “Associated Press”in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, pilotlar şübhəli hərəkətlərinə görə saxlanılıblar.
Alman polisi hər iki pilot nəzarət buraxılış məntəqəsindən keçib və silahlı olmayıblar. Lakin, onların bir-birləri ilə şübhəli danışığı barədə məlumat daxil olduqdan sonra hər iki pilot saxlanılıb. Hadisənin təfərrüatları açıqlanmasa da, Moskvaya uçmalı olan “Air Berlin” şirkətinin təyyarəsində olan sərnişinlər evakuasiya olunub və təyyarədə axtarış işləri həyata keçirilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: