Moskvalılar yerin altında da istidən "bişirlər"
16 İyul 2010 Cümə 17:55
Bir sutkada metroda iki nəfər ölüb, 20 nəfərin halı pisləşib.
Moskvada havaların kəskin isitiləşməsi insanların səhhətinin pisləşməsi və ölüm halları ilə nəticələnib. Ötən gün Moskva metrosunda iki nəfər dünyasını dəyişib, 20 nəfərin isə vəziyyəti pisləşib.

Metro stansiyalarında havanın temperaturu 38 dərəcəyə çatıb. Günorta saatlarında 20 və 52 yaşlı iki nəfər üçün həkim çağırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Həkimlkər hər iki şəxsin kəskin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildiriblər. Ümumilikdə isə metro sərnişinlərindən 20 nəfər üçün təcili tibbi yardım çağırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar