Moskvada vəziyyət gərginləşir
11 Yanvar 2011 Çərşənbə Axşamı 20:40
Moskvada vəziyyət gərginləşir. Paytaxtın Manej meydanında 20 nəfər saxlanılıb.
Rusiyada vəziyyət yenidən gərginləşə bilər. Belə ki, bu gün Moskvanın Manej meydanında milis işçiləri mümkün iğtişaşların qarşısını almaq məqsədi ilə 20-ə nəfərə yaxın şəxsi saxlayıb. ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, saxlanılanlar iki avtobusla şöbəyə aparılıb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Qeyd edək ki, Manej meydanının böyük hissəsi Moskva vaxtı ilə saat 16.30-dan əhatəyə alınıb. Yüzlərə milis əməkdaşları meydanı mühasirəyə alaraq heç kimi oraya buraxmayıb. Bundan başqa, qrup şəklində yığışan gənclərin sənədləri yoxlanılır.

Bir müddət əvvəl internetdə “11 dekabr Hərəkatı”nın çərşənbə axşamı Manej meydanında aksiya keçirmək niyyəti olduğu haqda məlumat yer almışdı. Öz növbəsində paytaxtın hüquq-mühafizə orqanları Moskvanın mərkəzində aksiya keçirilməsinə icazə verməyəcəklərini bildirib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar