Moskvada Ukraynaya dəstək aksiyası
15 Mart 2014 Şənbə 18:40
On minlərlə insan Ukrayna ilə Moskva arasında gedən proseslərdə Rusiya prezidenti Vladimir Putinin yürütdüyü siyasəti pisləyib.
Moskvada yerli əhali tərəfindən Ukraynaya dəstək aksiyası keçirilib.

Aksiyada iştirak edənlərin sayının on minə qədər olduğu bildirlir. On minlərlə insan Ukrayna ilə Moskva arasında gedən proseslərdə Rusiya prezidenti Vladimir Putinin yürütdüyü siyasəti pisləyərək, Rusiyanın gələcəyini böyük təhlükələrlə üz-üzə qoyduğunu bəyan ediblər.

Aksiyada “Rusiya azad olunacaq”, “Oyan Rusiya”, “Ukrayna səninləyik”, “Putinə istefa” kimi şüarlar səslənib. O cümlədən həbsdə olan siyasi fəalların azad edilməsi tələbini irəli sürüblər.







DOSTLARINLA PAYLAŞ:

oyunlar