Moskvada təyyarəni girov götürən şəxs həbs edildi
29 İyul 2010 Cümə Axşamı 23:20
Qazaxıstan vətəndaşı Rusiya rəhbərliyi ilə danışmaq istəyirmiş.
Rusiyanın paytaxtı Moskva şəhərində sərnişin təyyarəsini ələ keçirmiş şəxs zərərsizləşdirilib. Hadisə Moskvanın “Domodedova” aeroportunda baş verib. Hava limanının mətbuat xidmətinin yaydığı məlumata görə, əvvəlcə təyyarənin kapitanına yaxınlaşan sərnişin hüquq mühafizə orqanları üçün vacib məlumatı olduğunu bildirib. Təyyarə yerə endikdən sonra isə həmin şəxs kapitandan təyyarəni hava limanının elə bir yerinə saxlamağı tələb edib ki, hava limanı və təhlükəsizlik xidməti əməkdaşlarının hərəkətlərini görə bilsin.

Miniralnıye Vodı – Moskva səfərini yerinə yetirən və içərisində 105 sərnişin və 7 nəfər heyət üzvü olan təyyarəni girov götürmüş şəxs girovların azad olunması müqabilində Rusiya rəhbərliyi ilə əlaqə yaradılmasını tələb edirmiş.

Yerli vaxtla saat 15:45-də yerə enmiş təyyarənin azad olunması üçün aparılan əməliyyat saat 18:30-da başa çatıb. Hava limanı əməkdaşları təyyarəni nisbətən uzaq dayancağa yönləndiriblər və keçirilmiş əməliyyatdan sonra həmin şəxs həbs edilib.

Hüquq-mühafizə orqanlarının açıqladığı məlumata görə, həbs olunmuş şəxs Məhəmməd Patiev adlı milliyətcə inquş olan Qazaxıstan vətəndaşıdır və Alma-Ata şəhərində yaşayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar