Moskvada qondarma Abxaziyanın səfirliyi açılıb
18 May 2010 Çərşənbə Axşamı 13:40
Mərasimdə Rusiya, Suriya və Nikaraquanın nümayəndələri iştirak edib.
Rusiyada qondarma Abxaziya Respublikasının səfirliyi açılıb. Rusiya mətbuatının məlumatına görə, diplomatik nümayəndəliyin açılış mərasimi dünən Moskvada baş tutub.
Mərasimdə Rusiya tərəfindən Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko və Rusiya XİN-in MDB ölkələri departamentinin direktoru Aleksandr Kelin iştirak edib.
Abxaziya tərəfindən isə mərasimə qondarma respublikanın xarici işlər naziri Maksim Qvinciya və Moskvada akkreditə olunmuş səfir İqor Axba qatılıb.
Nümayəndəliyin açılış mərasimində Cənubi Osetiya, Nikaraqua və Suriyanın diplomatik nümayəndəliklərinin rəhbərləri, rusiyalı parlamentarilər iştirak ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: