Moskvada qaz borusu partlayıb
10 May 2009 Bazar 12:25
Alovun hündürlüyü 200-300 metrə çatıb

Bu gecə Moskvanın qərbində qaz borusunda baş vermiş partlayış nəticəsində 14 maşın yararsız hala düşüb. Bu barədə məlumatı «RİA Novosti» agentliyi yayıb. İlkin məlumata görə, yanmış avtomobillərdə adam olmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 100 min adamın telefon və internet xətinə də ziyan dəyib.
Qeyd edək ki, qaz borusunda partlayış bu gün gecə saatlarında Miçurin prospektində qeydə alınıb. Partlayışdan sonra başlayan yanğın nəticəsində alovun hündürlüyü bəzi məlumatalara görə, 200-300 metrə çatıb. Yanğına ən yüksək təhlükəlik dərəcəsi - beşnci dərəcə verilib. Yanğının qarşısının alınmasına onlarla yanğınsöndürmə briqadası cəlb edilib və artıq alovların qarşısını almaq mümkün olub. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Moskva meri Yuri Lujkov ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfərin yaralandığını və zərərçəkənlərə kompensasiya veriləcəyini bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar