Moskvada pasport rejimi sərtləşdirildi
17 Dekabr 2010 Cümə 14:40
Bunun əsasən əcnəbi vətəndaşlara aid olduğu bildirilir
Rusiyada milli zəmində baş verən kütləvi iğtişaşlardan sonra paytaxt Moskvada pasport rejimi sərtləşdirilib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qərar paytaxt milisi rəhbərliyi tərəfindən qəbul olunub.
Moskvanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, sənədlərin yoxlanılması prosesi insanların çox olduqları yerlərdə, o cümlədən vağzal, metro və küçələrdə aparılır. Bununla belə, yoxlamalar zamanı əsas diqqət qeyri-şəhərlilərə yetirilir.
Mənbə qeyd edib ki, Cinayət Axtarış İdarəsinin əməkdaşları radikal istiqamətli qeyri-rəsmi gənclər hərəkatlarının nümayəndələri arasında da operativ əməliyyatlar aparacaq.
DOSTLARINLA PAYLAŞ: