Moskvada ölənlərin sayı durmadan artır
06 Avqust 2010 Cümə 21:10
Həkimlər və morq işçiləri həyəcan təbili çalır.
Moskvada havanın kəskin şəkildə isti keçməsi və bütün şəhərin tüstüyə bürünməsi ölüm hallarının ciddi şəkildə artmasına səbəb olub. Morqlara gətirilən meyitlərin sayı 5-6 dəfəyə qədər artıb. Morq işçiləri bildirirlər ki, əvvəllər gün ərzində 2-3 meyit gətirilirdisə, indi bu rəqəm 16-17-yə qədər yüksəlib.
Rusiya paytaxtı üzrə təcili yardım çağırışlarının artması da, şəhər əhalisinin vəziyyətinin bir o qədər də yaxşı olmadığını göstərir. Tüstü və istinin təsirindən dünyasını dəyişənlərin böyük əksəriyyəti yaşlı insanlardır. Astma xəstələrinin, həmçinin sətəlcəm olan şəxslərin də həyatının risk altında olduğu bildirilir.
Ölənlərinin sayının artması barədə məlumatlar isə rəsmi olaraq açıqlanmır və bu məlumatlar gizlədilir. Bir çox tibbi müəssisələrə bu barədə informasiya yaymamaq barədə göstəriş verilib. Ölkənin Səhiyyə Nazirliyindən isə yalnız əvvəlcə açıqlanmış 52 nəfərin ölməsi və 471 nəfərin müxtəlif dərəcəli xəsart alması barədə məlumatın olması bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: