Moskvada müstəntiq öldürülüb
27 Dekabr 2009 Bazar 02:45
Moskvada müstəntiq öldürülüb. Hüquq-mühafizə orqanları qafqazlılardan şübhələnirlər.
Moskvanın Qərb inzibati dairəsindəki kafelərdən birində milis müstəntini Marat Kasayev qətlə yetirilib. Hadisə gecə saatlarında baş verib.

Rusiya paytaxtının hüquq-mühafizə orqanlarının məlumatına görə, Marat Kasayev xidmətdə olmayıb və kafedə dostları ilə istirahət edirmiş. Kafenin digər müştəriləri ilə müstəntiq və dostlarının mübahisəsi yaranıb. Nəticədə zahirən qafqafzlıya oxşayan müştərilərlə dava düşüb və Marat Kasayev ürəyindən bıçaq xəsarəti alıb. O aldığı xəsarətdən dünyasını dəyişib. Dava zamanı şəxsiyyəti hələ dəqiqləşdirilməyə başqa bir adam da ağır bıçaq xəsarətləri alıb.

Müstəntiqi biçaqlayanlar hadisə yerini tərk ediblər. Hazırda onların axtarışları davam etdirilir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar