Moskvada möhtəşəm parad keçirilir
09 May 2011 Bazar Ertəsi 11:15
Qələbə Günü münasibətilə Moskvada keçirilən paradda yüzlərlə zirehli texnika iştirak edir.
Rusiyada 9 may - Qələbə Günü münasibətilə hərbi paradlar keçirilir. 66 il əvvəl İkinci Dünya Müharibəsinin başa çatması bütün ölkədə qeyd olunur. Rusiya vaxtı ilə saat 19:00-da müharibədə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək, telekanal və radiostansiyalar bir müddət yayımı dayandıracaq.

Rusiyada bu gün təbrikləri isə 3 milyon veteran qəbul edir. Hərbi paradlar ölkənin 20-dən çox şəhərində planlaşdırılıb. Bu paradlarda 50 mindən çox adam iştirak edəcək. Paradlara yüzlərlə tank, raket və artilleriya təchizatlarının müasir nümunələri, eləcə də zirehli texnika cəlb olunub.

Ən möhtəşəm hərbi parad isə paytaxt Moskvada keçirilir. Tverskaya küçəsi və yaxın ərazilər nəqliyyatın hərəkəti üçün bağlanıb. Tverskaya küçəsində 100 ədəd hərbi texnika yerləşdirilib. Parad iştirakçıları olan piyadalar səfərbər olub. Qızıl meydanda hərbi paradda məhz adi günlərdə Rusiya sərhədlərini qoruyan sayda hərbi texnika iştirak edir. Asfalt örtüyünü zədələməmək üçün tankların tırtıllarına xüsusi rezin örtüklər çəkilib.

Təbii ki, bu hərbi texnikada əsas rolu onların üstündəki insanlar oynayır. Bütün ölkənin gözü qarşısında Qızıl meydan boyunca, yəni 695 metr məsafədə yol qət etmək üçün hərbçilər bir neçə ay hazırlaşıblar. Parad sütununun hərəkət sürəti saatda 10 kilometr təşkil edir. Hər maşın 2-3 dəqiqədən çox olmayaraq, diqqət mərkəzində olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar