Moskvada miqrantların qeydiyyat proseduru sərtləşdirilsin
23 Dekabr 2010 Cümə Axşamı 11:35
Bu təkliflə Moskva şəhəri üzrə Daxili İşlər Baş İdarəsinin rəisi Vladimir Kolokoltsev çıxış edib
Rusiyanın paytaxtı Moskva şəhərində Daxili İşlər Baş İdarəsi üzvləri və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə açıq toplantı keçirilib. Toplantını Daxili İşlər Baş İdarəsinin Moskva şəhəri üzrə rəhbəri Vladimir Kolokoltsev aparıb.
Yığıncaqda ümumilikdə 530 nəfər iştirak edib. Yığıncağın gedişində Kolokotsev iştirakçılara statistik məlumatları çatdıraraq bildirib ki, Moskva şəhərində baş verən cinayətlərin 49 faizi Moskvadakı miqrantlar tərəfindən törədilir:
“Moskvada 90 sutka ərzində icazə verilmiş qeydiyyatsız yaşamaq hüququ zamanı vətəndaşlar nəzarətdən tam itirlər. Bu vətəndaşların nə məqsədlə Moskvaya gəlmələri, onların öz ölkələrində axtarışda olub-olmamaları, burada hansı işlə məşğul olacaqları bilinmir. Bəlkə də qeydiyyatdan keçmə sistemini sərtləşdirməyin vaxtı gəlib çatıb. Moskvada törədilən 10 cinayət hadisəsindən 7-si bu şəhərə gələn digər etnik qruplar tərəfindən həyata keçirilir".
Bununla əlaqədar o, Moskva cinayət axtarış müddəasına xüsusi etnik cinayətlər üzrə yarımbəndin salınacağını da istisna etməyib.
"Moskvada fəaliyyət göstərən etnik cinayətkar qrupların ərzaq təminatını kəsmək lazımdır. Bunun üçün ilk növbədə Moskvaya qeyri-rəsmi ərzaq gətirən xüsusi şəxslərlə mübarizəni artırmalıyıq”, - deyə Kolokoltsev bildirib.
O, Moskvada nizam-intizamı bərpa etmək üçün kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini də vurğulayıb. Kolokoltsev bununla bağlı təkliflərin müvafiq hökumət nümayəndələrinə təqdim olunduğunu da vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: