Moskvada metro terrorunu təşkil edən öldürüldü
21 Avqust 2010 Şənbə 15:35
Maqomeadli Vahabov xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib.
Dağıstanın Qunib rayonunda şəxsi evlərdən birində gizlənən terrorçuların zərərsizləşdirilməsi məqsədilə keçirilən xüsusi əməliyyat başa çatıb. Əməliyyat nəticəsində Dağıstan silahlı qruplaşmasına rəhbərlik edən Maqomedəli Vahabovun 5 nəfərdən ibarət dəstəsi zərərsizləşdirilib.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, silahlıların lideri öldürülsə də, ikinci silahlının meyiti yandığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Federal qüvvələr terrorçulara təslim olmağı təklif etsələr də, onlar cavab atəşi açıblar. Məhv edilən silahlıların liderinin bu ilin martında Moskva metrostansiyalarında törədilən terror aktında əli olduğu bildirilir.

Terror aktının törədilməsində birbaşa məsuliyyət daşıyan qadın kamikadze Maryam Şaripovanın onun kəbinli arvadı olması barədə məlumatlar da var.

Qeyd edək ki, Maqomedəli Vahabov Dağıstanın Qarabudaqkənd rayonunun Qubden kəndindəndir. O bir neçə il federal beynəlxalq axtarışda olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar