Moskvada göz-gözü görmür
07 Avqust 2010 Şənbə 10:45
Ölənlərin çoxluğu isə qəbirqazanların işini çətinləşdirib.
Meşə yanğınlarının cənginə aldığı Rusiyanın paytaxtı Moskvanı qatı tüstü bürüyüb. Paytaxtın mərkəzində ekoloji vəziyyət ötən gün axşamdan etibarən yenidən pisləşməyə başlayıb. Mərkəzi küçələrdə tüstünün çoxalması səbəbindən görmə məsafəsi nəzərə çarpacaq dərəcədə azalıb. Tüstü səbəbindən insanlarda nəfəs alma ilə bağlı problemlər yaşanır. Şəhər əhalisi tibb işçilərinin məsləhəti ilə xüsüsi respirator vasitələrdən istifadə edirlər.

Moskva ilə yanaşı digər şəhərlərdə də tüstü qatı qalınlaşmağa başlayıb. Moskvanın Demodedova, Şeremetyev və Vnukova hava limanlarında 47 təyyarə reysi ləğv olunub. İsti hava şəraiti və tüstü səbəbindən əhali Moskva şəhərini tərk edərək ətraf ərazilərə getməyə üstünlük verirlər.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, artıq iyun ayının ortalarından etibarən davam edən isti hava şəraiti ölüm hallarının artmasına səbəb olub. Məlumatlara görə, ölənlərin sayı o qədər çoxdur ki, fəhlələr qəbir qazmaq üçün işlərin öhdəsindən gələ bilmirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar