Moskvada erməninin başında butılka sındırdılar
17 İyul 2011 Bazar 00:15
Rusiya paytaxtında ermənilərin iştirakı ilə dava düşüb.
Rusiyanın paytaxtı Moskvada ermənilərin iştirakı ilə kütləvi dava baş verib. “Arqumentı i faktı”nın məlumatına görə, 40 yaşlı erməni Sirat Adanyan qardaşı ilə birlikdə küçədə dayanıbmış. Qardaşlara daha üç nəfər yaxınlaşıb. Onların tanış olub-olmadıqları məlum deyil.
Beş nəfərin hamısı sərxoş olub. Qardaşlar və digər üç nəfər küçədə görüşdükdən bir qədər sonra dava başlayıb. Dava zamanı Sirat Adanyanın başında butılka sındırıblar. Sonradan şüşə qırıqlarından soyuq silah kimi istifadə edilib. İnsidentin dörd iştirakçısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.anspress
DOSTLARINLA PAYLAŞ: