Moskvada erməni iş adamı güllələndi
11 Dekabr 2010 Şənbə 02:45
Ara Xaçatryan erməni oliqarx Qagik Sarukyanın müttəfiqi olub
Moskvanın mərkəzində erməni iş adamı, “Ludinq SPb” şirkətinin baş direktoru Ara Xaçatryanı gülləyiblər. Onun meyiti “İnfiniti” markalı avtomobilin salonundan tapılıb. Hüquq-mühafizə orqanları cinayətin sifarişli olduğunu ehtimal edir.

Qeyd edək ki, Rusiya prezidentinin İşlər İdarəsinin tabeçiliyində olan “Kremlyovski” Ticarət Evi İrəvandakı “Ararat” şərab zavodu ilə “Kremlyovskaya premiya” (Kremlin Award) adlı konyakın istehsalı ilə bağlı müqavilə bağlayıb. Yeni məhsulun Rusiyadakı distrübitoru “Ludinq SPb” şirkətidir. “Kremlin Award” konyakının təqdimat mərasimi dekabrın 14-nə planlaşdırılır. Qətlə yetirilən iş adamının şirkəti 2011-ci ildə 120 min konyank satmalıdır.

Qeyd edək ki, “Ararat” zavodu erməni oliqarx, Robert Koçaryanın siyasi layihəsi olan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyana məxsusdur. “Ludinq SPb” şirkəti isə “Ararat”ın eksklüziv müttəfiqidir və Rusiyada “Noy” konyak markasının satışı bu şirkətin əlindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar