Moskvada erməni bankomatı oğurlayıb
11 İyul 2011 Bazar Ertəsi 11:48
O, bakomatı "QAZel"ə qoyaraq qaçmaq istəyib.
Rusiyanın paytaxtı Moskva şəhərində qəribə oğurluq hadisəsi baş verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, polisə 4 nəfər naməlum şəxsin “QAZel” markalı avtomobilə “Trast” bankının bankomatını yüklədikləri məlumatı verilib. Dərhal hadisə yerinə yollanan polislər “QAZel”i izləməyə başlayıblar.
Təxminən 30 dəqiqə davam edən qaçdı-qovdu sonda avtomobilin saxlanılması ilə nəticələnib. “QAZel”in 31 yaşlı erməni sürücüsü saxlanılsa da onun cinayət ortaqları hadisə yerindən qaçmağa müvəffəq olublar.
Polislər bankomatda nə qədər pulun olduğunu ekspertlərlə birlikdə araşdırırlar. Bankomatın yaxın günlərdə “Trast” bankının nümayəndələrinə təqdim ediləcəyi gözlənilir. anspress
DOSTLARINLA PAYLAŞ: