Moskvada daha iki bazar bağlanır
26 Avqust 2010 Cümə Axşamı 13:05
“Qorbuşka” və “Qorbuşkin dvor” ticarət mərkəzlərinin bağlanmasına səbəb saxta məhsullardır.
Rusiyanın paytaxtı Moskva şəhərinin güc strukturları məişət texnikasının, audio və video məhsulların satıldığı “Qorbuşka” və “Qorbuşkin dvor” ticarət mərkəzlərini bağlamaq qərarına gəlib. ANS PRESS-in “RBK Daily”yə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzlərinin bağlanılmasına başlıca səbəb orada külli miqdarda saxta (lisenziyasız) məhsulların olmasıdır.

Bu məhsulların içində 26 min pirat diskin satıldığı aşkar olunub. İlkin məlumatlara görə, bu gün prokuror Mixail Uspenskiy adı çəkilən obyektlərin bağlanması barədə qərarını açıqlayacağı gözlənilir. Onların tam qapadılmasına isə məhkəmə qərar verməlidir.

Qeyd edək ki, yoxlamalar zamanı bazarlarda 26 min ədəd lisenziyası olmayan disk aşkar olunub, onlar da hazırda ekspertiza müayinəsinə göndərilib. Ümumi sahəsi 14 min kv. m olan “Qorbuşka” ticarət mərkəzində 500, sahəsi 60 min kv. m olan “Qorbuşkin dvor”da isə 3000 mağaza fəaliyyət göstərir. Birincini ay ərzində 300 min, ikincini isə 500 min nəfər ziyarət edir.

Xatırladaq ki, Moskvada məşhur azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “Çerkizov” bazarı da saxta (lisenziyasız) məhsulların satılması səbəb göstərilərək 29 iyun 2009-cu ildə Rusiyanın müvafiq qurumları tərəfindən qapadılıb. Bazarın tam sökülməsi üçün dörd il vaxt tələb olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar