Moskvada Çerkizovla bağlı mitinq keçirilir
28 İyul 2009 Çərşənbə Axşamı 16:20
Mitinq iştirakçıları Çerkizov bazarı tacirlərinin hüqüqlarının müdafiə olunmasını tələb ediblər

 

Birləşmiş Vətəndaş Cəbhəsinini (BVC) fəalları bu gün Moskvada Çerkizov bazarının bağlanması ilə bağlı mitinq keçiriblər. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, BVC-nın lideri Sergey Udaltsov məlumat verib.

Məlumatda bildirilir ki, mitinq iqtisadi böhran nəticəsində işləri məhdudlaşdırılan və işlərini itirən, o cümlədən Çerkizov bazarının keçmiş işçilərilə həmrəylik əlaməti olaraq keçirilib.

Xatırladaq ki, iyunun 29-da gigiyena və sanitar normalar, o cümlədən yanğın təhlükəsizliyinə riayət olunmaması səbəbindən bağlanıb. Nəticədə yüz minlərlə insan işsiz qalıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar