Moskvada böyük kitab sərgisi keçirilir
05 Sentyabr 2013 Cümə Axşamı 21:50
Sentyabr ayının 4-dən 9-na kimi davam edəcək bu sərgidə dünyanın bir çıx ölkələrində çap olunan kitablar təqdim olunub.
Dünyanın 50 ən böyük sərgi mərkəzlərindən biri sayılan Moskva Ümumrusiya Sərgi Mərkəzində möhtəşəm kitab sərgisi öz fəaliyyətinə başlayıb. Sentyabr ayının 4-dən 9-na kimi davam edəcək bu sərgidə dünyanın bir çıx ölkələrində, o cümlədən Azərbaycanda, Rusiyada, Türkiyədə, Qırğızıstanda, Çində, Misirdə, İranda, Türkmənistanda və digər ölkələrdə çap olunan kitablar təqdim olunur.

Azərbaycanı təmsil edən nümayəndələrimizin nəşriyyat və informasiya bölməsinin məsləhətçisi Faiq Xudanlının ANS PRESS-ə verdiyi məlumata görə, sərginin hələ ilk günlərindən kitablarımız buraya gələn qonaqların, eləcə də Rusiyada yaşayan həmvətənlərimizin böyük maraq və diqqətinə səbəb olub.

Onun sözlərinə görə, ən çox soruşulan kitablardan biri də lüğətlər kitabı olub: "Təəssüflər olsun ki, sərgidə lüğətlər azlıq təşkil edib. Sərgidə Türkiyədən gələn təmsilçilər də, bir çox türk yayım evlərinin nəşr etdiyi kitabları nümayış etdiriblər. Bu kitablar sırasında həmyerlimiz - Avrasiya Yazarlar Birliyinin üzvü, şairə Afaq Şıxlının Türkiyə türkcəsinə İmdat Avşar tərəfindən uyğunlaşdırılmış “Dostlarım, bana da bahar gönderin!” kitabı da yer alıb.

Türkiyəni təmsil edənlər arasında Ankara Qazi universitetinin müəllimi, Avrasiya Yazarlar birliyinin üzvü Hüseyn Demirtola, Türk səfirliyinin Moskvadakı mədəniyyət üzrə attaşesi Celal Kılıç, Türkiyə Mədəniyyət və Turizm nazirliyinin kitabxanalar və yayımlar üzrə baş katibinin müavini Demet Koç və başqaları Azərbaycan və Türkiyə əlaqələrinin daha da möhkəmlənməsində ədəbiyyatın və incəsənətin mühüm rol oynamasından danışıblar".

Qeyd edək ki, sərginin ilk günü müxtəlif xatirə fotoşəkillərinin çəkilməsiylə başa çatıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar